Tarix: 08.07.2024 / 17:04
Azərbaycanlı fəal saxta ittihamlarla işdən   çıxarıldı

Azərbaycanlı fəal saxta ittihamlarla işdən çıxarıldı

Ərdəbildən olan mədəni və işçi hərəkatı fəalı Əfşar Mühib İmçə mədəni və dinc fəaliyyətlərinə görə işdən qovulub.

Diaspora.TV xəbər verir ki, bu barədə o özünün sosial media hesabında məlumat yayıb.

"17 il zavodda çalışandan sonra mən də, başqa fəallar kimi saxta ittihamlarla işdən çıxarıldım, mübarizəyə davam",- azərbaycanlı fəal sosial media hesabındakı paylaşımında yazıb.

Əfşar Mühib İmçə, özü və başqa bir neçə işçinin işdən qovulmasının təhlükəsizlik məmurlarının istəyi əsasında həyata keçirildiyini söyləyib.

Bu, iyunun 18-də Nəmin şəhərində "Arta" Sənaye Kompleksinin işçiləri hüquqlarının tapdalandığına etiraz olaraq tətil aksiyasının keçirilməsindən sonra baş verib.

Əfşar Mühib İmçənin aksiya təşkilatçılarından biri olduğu üçün cəzalandırıldığı bildirilib.

Qeyd edək ki, fəal bundan əvvəl də bir neçə dəfə dinc mədəni fəaliyyətlərinə görə təzyiqlərə məruz qalıb və həbs edilib.

O, 2021-ci ildən bəri bir neçə dəfə "İslam Respublikasına qarşı təbliğat fəaliyyəti""məqsədli olaraq gərginlik yaratmaq üçün iranlı kimliyini təhqir etmək", “sistemə qarşı təbliğat aparmaq" "müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”ndə günahlandırılaraq həbsxanaya salınıb./GünazTV



Şərhlər

Yaz...