Tarix: 20.08.2024 / 21:00
Azərbaycanlı fəal qeyri-müəyyən vəziyyətdə    həbsdə saxlanılır

Azərbaycanlı fəal qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

Müalicədən məhrum edilən azərbaycanlı milli fəal Murtaza Pərvinin həbsindən 6 aydan çox vaxt keçməsinə baxmayaraq, o, hələ də Tehranın Evin zindanında qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

196 gün həbsdə qalan Murtaza Pərvinin məhkəmə iclası belə keçirilib, ancaq barəsində hökm çıxarılmayıb. Bildirilib ki, milli fəalın sağlamlıq durumunda ciddi problemlər var və o, tibbi yardımdan məhrum edilib.

Qeyd edək ki, azərbaycanlı fəal Murtaza Pərvin “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və sövdələşmək”də və “rəhbəri (Xameneyini) təhqir etmək”də günahlandırılıb.


Şərhlər

Yaz...