Tarix: 21.08.2024 / 12:30
 Azərbaycanlı fəal prokurorluğa  çağırıldı

Azərbaycanlı fəal prokurorluğa çağırıldı

Azərbaycanlı fəal İrəc Paşapuru bu gün bildirişlə Germi şəhərində İnqilab Prokurorluğuna çağırıb.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Rejim tərəfindən şərlənən fəal “dövlət quruluşuna qarşı təbliğat aparmaq”da günahlandırılıb. Rejimi bildirişlə azərbaycanlı milli fəaldan avqustun 24-dək prokurorluqda olmağı tələb edib.

Azərbaycanlı fəal ona göndərilən bildirişin üzərinə yazıb:

“Canım qurban millətimə, Vətən sağ olsun!”

Qeyd edək ki, azərbaycanlı fəal İrəc Paşapur iyunun 20-də prokurorluq tərəfindən saxta ittihamlarla saxlanılmış və bir neçə gün həbsdə qaldıqdan sonra 500 milyon tümən girov qarşılığında zaminə buraxılmışdı.


Şərhlər

Yaz...