Tarix: 26.09.2024 / 09:26
 Azərbaycanlı fəal azadlığa buraxıldı    - FOTO

Azərbaycanlı fəal azadlığa buraxıldı - FOTO

Güneyli fəal Əsğər Fərəci son ümumi əfv qərarı çərçivəsində Tehrandakı Evin həbsxanasından sərbəst buraxılıb.

Diaspora.TV xəbər verir ki, milli fəal daha öncə Tehran İnqilab Məhkəməsi tərəfindən 17 il 4 ay həbs və 2 il sürgün cəzasına məhkum edilsə də, Apelyasiya Məhkəməsində cəzası 5 ilə endirilib.

Xatırladaq ki, Fərəci “ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət göstərmək məqsədi ilə toplaşmaq və sövdələşmək”, “hökumətə müxalif qruplara üzv olmaq”, “dövlət quruluşuna qarşı təbliğat aparmaq”, “ictimai düşüncəni çaşdırmaq məqsədi ilə sosial şəbəkələrdə yalan məlumatlar yaymaq”da günahlandırılıb./Azadİran



Şərhlər

Yaz...