Tarix: 24.09.2024 / 15:20
Azərbaycanlı Arazın çirklənməsinə etiraz etdi,   məhkəməyə çağırıldı

Azərbaycanlı Arazın çirklənməsinə etiraz etdi, məhkəməyə çağırıldı

Azərbaycanlı fəal Rəhim Sasani Azərbaycanın Qaradağ bölgəsində Araz çayının çirklənməsinə və bunun nəticəsində xərçəng xəstəliyinin yayılmasına etiraz etdiyi üçün məhkəməyə çağırılıb.

Diaspora.TV xəbər verir ki, o, ötən il iyulun 7-də Araz çayının erməni zavodları tərəfindən çirkləndirilməsinə etiraz əlaməti olaraq Sədullah Sasani, Mustafa Əvəzpur, Məhəmməd Mərdi, Cəfər Nuri və Məhəmməd Əlipurla birlikdə həbs edilmişdi. ETTELAAT-da dindirildikdən sonra onun mobil telefonu müvəqqəti olaraq müsadirə olunub və indi, bir ildən çox vaxt keçdikdən sonra ittihamları izah etmək üçün məhkəməyə çağırılıb.

Azərbaycanlı fəallar 150 milyon tümən girov müqabilində sərbəst buraxılıblar./GADTB



Şərhlər

Yaz...