Tarix: 09.09.2024 / 19:00
 Azərbaycanlı fəal ağır cəzaya    məhkum edilib

Azərbaycanlı fəal ağır cəzaya məhkum edilib

Ərdəbil şəhərində yaşayan azərbaycanlı mədəni fəal Ramin Şahəndə bələdiyyə başçısı tərəfindən şikayət edilərək ağır cəza alıb.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Azərbaycanlı fəal daha öncə şəhər bələdiyyəsinin səmərəsiz fəaliyyətini və Ərdəbil merinin səriştəsizliyini şəhərin müxtəlif yerlərində, yaşıl zonalarda və tarixi məkanlarda zəif idarəçilik səbəbindən tənqid edib.

Bildirilib ki, bu tənqidə görə şəhər başçısı ictimai fəala qarşı şikayət verib və nəticədə o, 6 ay həbs, 10 milyon tümən cərimə cəzası alıb, o cümlədən iki il sosial şəbəkələrdə fəaliyyətinə qadağa qoyulub.

Ramin Şahəndə sosial media hesabında bununla bağlı yazıb:

“Şübhəsiz ki, bu, siyasi hökmdür və real faktları yazan nə mənim üçün, nə də xalq üçün heç bir dəyəri yoxdur”.

Şərhlər

Yaz...