Tarix: 22.10.2024 / 12:25
Azərbaycanlı fəal 500 milyon girov müqabilində    azad edildi

Azərbaycanlı fəal 500 milyon girov müqabilində azad edildi

Güneylı fəal Cəfər Hacırzayi ETTELAAT əməkdaşları tərəfindən həbs edilib.

Diaspora.TV xəbər verir ki, o, ötən həftələrdə təhlükəsizlik qüvvələrinin Nadarlı kəndində güneyli fəalların evlərinə basqınlar zamanı saxlanılıb.

Qeyd olunub ki, Cəfər Hacırzayi bir neçə saatlıq sorğu-sualdan sonra sərbəst buraxılıb. Bir neçə gün öncə yenidən məhkəməyə çağırılıb və 500 milyon tümən (11 min 883 $) girov müqabilində azad edilib./Araz News





Şərhlər

Yaz...