Tarix: 21.10.2024 / 14:59
Güneyli fəal 5 il müddətinə azadlıqdan məhrum edilib  - FOTO

Güneyli fəal 5 il müddətinə azadlıqdan məhrum edilib - FOTO

Güney Azərbaycanın Urmu şəhərindən olan milli fəal Salar Tahir Əfşar barədə həbs qərarı çıxarılıb.

Diaspora.TV xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.

Məlumata görə, Tehranın İnqilab Məhkəməsi fəalı "ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" ittihamına görə 5 il azadlıqdan məhrum edib.

Qeyd edək ki, milli fəal fevralın 6-da Urmu şəhərində saxlanılaraq Tehranın Evin həbsxanasına salınmışdı. Fevralın 28-də isə girov qarşılığında müvəqqəti sərbəst buraxılmışdı.

Salar Tahir Əfşar iyun ayının 5-də yenidən həbs edilərək Təbriz həbsxanasına gətirilib, iyulun 13-də isə ona elektron qandal vurularaq həbsdən buraxılmışdı.



Şərhlər

Yaz...