Tarix: 18.10.2024 / 10:31
Azərbaycanlı fəal 30 milyon məbləğində    cərimələndi

Azərbaycanlı fəal 30 milyon məbləğində cərimələndi

İrqçi fars-molla rejimi azərbaycanlı fəal Əmir Bədrini 30 milyon rial cərimə ödəməyə məhkum edib.

Diaspora.TV xəbər verir ki, Təbriz Universitetinin tələbəsi olan Əmir Bədrinin sosial mediadakı paylaşımları buna səbəb olub. O, rejimə qarşı təbliğat aparmaqda ittiham edilib.

Məhkəmənin qərarı məhkəmə xəbərdarlığı sistemi vasitəsi ilə yox, Əmir Bədrinin vəkili tərəfindən qərarın surəti çıxarılmaqla, ona çatdırılıb.

Qeyd edək ki, bundan əvvəl İnformasiya Nazirliyinin agentləri Əmir Bədrinin atasının evinə basqın edərək onun şəxsi əşyalarını, o cümlədən mobil telefonunu müsadirə ediblər./GADTB

Şərhlər

Yaz...