Tarix: 03.07.2024 / 10:52
Azərbaycanlı döyüşçü rəqibini təhqir etdiyi üçün həbs   edilə bilər

Azərbaycanlı döyüşçü rəqibini təhqir etdiyi üçün həbs edilə bilər

Qaydasız döyüş növləri (MMA) üzrə azərbaycanlı döyüşçü Cavid Rzayevin Hardkor liqası turnirində rusiyalı rəqibi Artur Kulinskini təhqir etdiyinə görə həbs oluna bilər.

Diaspora.TV xəbər verir ki, son turnirdə Rzayev rusiyalı Sergey Prixodkonu məğlub edib. Bundan sonra o, Kulinski ilə qarşlaşarkən, rəqibini “rus donuzu” adlandırıb və dava salmağa cəhd edib. Aparıcı Rzayevə heç kimin başqa milləti təhqir etməyə haqqı olmadığını xatırladıb:

“Heç kimin heç bir millətə toxunmağa haqqı yoxdur, ancaq Mən heç kimin insanlara toxunmasına icazə verməyəcəyəm - nə sizin, nə də başqasının".

Buna cavab olaraq Dubayda yaşayan “Kostyum” ləqəbli Rzayev belə deyib:

“Artur, səndən üzr istəyirəm, mən səhv etdim".

Lakin “Hardcore Fighting Championship” YouTube kanalında yayımlanan turnirin videosunu şərh edən azarkeşlər onu qəbul etməyiblər. Onlar idmançının üzr istəməsini və ömürlük diskvalifikasiyasını tələb edirlər. Əksər istifadəçilər hüquq-mühafizə orqanlarından bu işlə məşğul olmağı, R.Rzayevin isə Rusiya Federasiyasının qanunları qarşısında cavab verməsini tələb edir.

Rzayevin 29 yaşı var. Onun pop MMA-da dörd qələbəsi və iki məğlubiyyəti var. Kulinskinin 27 yaşı var, o, pop MMA-da 4 qələbə və 6 məğlubiyyət qazanıb.

Vahid Əli
Diaspora.TV

Şərhlər

Yaz...