Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev oktaqona qayıtmasından danışıb.
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Ötən ilin sentyabrında Fiziyev polyak Mateuş Qamrotla döyüşdə ciddi zədə alıb və o vaxtdan bəri döyüşməyib.
“Oktaqona qayıtmaq üçün səbirsizlənirəm. Çox vaxt keçdi”, - deyə o bildirib.
Qeyd edək ki, Rafael Fiziyev MMA-da 15 döyüş keçirib və 12 qələbə qazanıb.