Tarix: 07.12.2024 / 11:31
Azərbaycanlı diaspor sədri Qazaxıstanda    təltif olundu

Azərbaycanlı diaspor sədri Qazaxıstanda təltif olundu

"Dostluq" Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov Qazaxıstanın “Jomart Jan” mükafatı ilə təltif olunub.

Diaspora.TV xəbər verir ki, Mangistau vilayətində fəaliyyət göstərən Dostluq Evində mükafatın təqdimetmə mərasimi keçirilib. Mərasimdə Mangistau vilayəti akimi Nurdaulet Kilıbay adıçəkilən mükafatı Şəmsəddin Hüseynova təqdim edib.

Uzun illərdir Qazaxıstanda yaşayan Şəmsəddin Hüseynov iki qardaş ölkənin xalqları arasında dostluq münasibətlərinin davam etdirilməsində davamlı tədbirlər həyata keçirir. Dəfələrlə müxtəlif dövlət mükafatlarına, o cümlədən ötən il diaspor sahəsində xidmətlərinə görə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalına layiq görülüb.

Qeyd edək ki, məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.


Şərhlər

Yaz...