Qazaxıstanda fəaliyyət göstərən “Manqistau vilayəti Azərbaycanlıları Assosiasiyası” İctimai Birliyinin üzvü, diaspor fəalı Elmir Şahsuvarov “Jomart Jan” mükafatı ilə təltif olunub.
Diaspora.TV xəbər verir ki, Elmir Şahsuvarov vilayətdə daşqınlar zamanı göstərdiyi fəallığa və humanitar layihələrdə iştirakına görə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev adından mükafatlandırılıb. Mükafatı soydaşımıza Mangistau vilayətinin Aparat rəhbərinin müavini Anuar Bimaganbetin təqdim edib.
Qeyd edək ki, "Dostluq Evi"ndə baş tutan tədbirin keçirilməsində əsas məqsəd insanları, biznes təşkilatlarının nümayəndələrini, xeyriyyəçiləri, qeyri-hökumət təşkilatlarını və könüllüləri ruhlandırmaq, vətəndaş fəallığının ən yaxşı təcrübələrini yaymaq, xeyriyyəçilik, himayədarlıq və qonaqpərvərlik ideyalarını təbliğ etməkdir.