Tarix: 28.05.2024 / 17:14
Azərbaycanlı dəstə lideri saxlanıldı  - 400 adam, 15 min rubla qədər pul...

Azərbaycanlı dəstə lideri saxlanıldı - 400 adam, 15 min rubla qədər pul...

Rusiyanın Sankt-Peterburq şəhər polisi qeyri-qanuni miqrasiya ilə bağlı yeni kanalın qarşısını kəsib. Onun təşkilatçısının 58 yaşlı azərbaycanlı olduğu üzə çıxıb.

Şəhərdə əcnəbiləri saxta qeydiyyatla təmin edən mütəşəkkil dəstə Kurortnı rayonunun təsərrüfat polisinin əməkdaşları tərəfindən müəyyən edilib. Mütəşəkkil cinayətkar qrup təxminən 1,5 il əcnəbilərə pul müqabilində “kömək edib”.

Bu müddət ərzində cinayətkarlar 400-ə yaxın miqrantı leqallaşdırıblar. Uydurma qeydiyyatı əldə etmək üçün əcnəbilərin gəlişi barədə bildirişlərin rəsmi banklarına onların qeydiyyat ünvanları barədə bilərəkdən yalan məlumatlar daxil edilib. Daha sonra hazırlanmış sənədlər Kurortnı rayonunun miqrasiya şöbəsinə təqdim edilib. Qrup xidmətlərinə görə 8,5 mindən 15 min rubla qədər pul alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, ziyarətçilərin leqallaşdırılmasında daxili işlər orqanları əməkdaşlarının da əli ola bilər. Bu səbəbdən Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin daxili təhlükəsizlik əməliyyatçıları əlavə araşdırmalar üçün gətirilib.

Çərşənbə axşamı, mayın 28-də əməliyyat qrupu miqrantların qondarma səhnələşdirildiyi ünvanlarda, ehtimal olunan təqsirləndirilən şəxslərin yaşayış ünvanlarında axtarışlar aparır və onların saxlanılması istiqamətində də tədbirlər görülür. Qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işi açılıb./Lent.az


Şərhlər

Yaz...