Tarix: 28.09.2024 / 11:23
Azərbaycanlı deputat bu vilayətdə ən yüksək mükafata    layiq görüldü

Azərbaycanlı deputat bu vilayətdə ən yüksək mükafata layiq görüldü

Rusiya Federasiyası Yəhudi Muxtar Vilayətinin rəhbərliyi daha üç nəfəri “Fəxri vətəndaş” adına layiq görüb.

Diaspora.TV xəbər verir ki, onların arasında azərbaycanlı, vilayət parlamentinin deputatı, nüfuzlu ictimai xadim Hikmət Məmmədov da var.

Soydaşımıza Yəhudi Muxtariyyətinin ali mükafatının verilməsi haqqında qərar qanunvericilik məclisinin payız sessiyasının ilk iclasında deputatlar tərəfindən qəbul edilib.

Təklif vilayətin qubernatoru Rostislav Qoldşteyn tərəfindən parlamentə təqdim olunub.

Mükafatın arxasında möhkəm karyera və həyat yolunun dayandığını vurğulayan regional parlamentin sədri Roman Boyko həmyerlimiz haqqında bunları deyib:

“Həmkarımız Hikmət Əliheydər oğlu Məmmədov Yəhudi Muxtar Vilayətində və Uzaq Şərqdə sahibkarlığın inkişafı üçün çoxlu işlər görüb. O, təkcə ən böyük ticarət evinin yaradıcısı deyil, həm də tanınmış xeyriyyəçidir”.

Qeyd edək ki, “Yəhudi Muxtar Vilayətinin fəxri vətəndaşı” fəxri adı regionun ən yüksək mükafatıdır və 1994-cü ildən verilir.

Şərhlər

Yaz...