Tarix: 18.11.2024 / 11:10
Azərbaycanlı deportasiya olunmamaq üçün    rüşvət verdi

Azərbaycanlı deportasiya olunmamaq üçün rüşvət verdi

Kuzbassda Azərbaycan Respublikasının vətəndaşı deportasiya olnunmamaq məqsədi ilə rüşvət verməyə cəhd göstərib.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir, bu barədə Rusiyanın Kuzbass üzrə İstintaq İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, azərbaycanlı Rusiya Federasiyasından inzibati qaydada deportasiya edilməsi barədə qərarın ləğvini təmin etmək üçün hüquq-mühafizə orqanının əməkdaşına 100 min rubl rüşvət verib.

Pulu köçürdükdən sonra vasitəçi və azərbaycanlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kemerovo vilayəti - Kuzbass üzrə əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. Materiallar dərhal Rusiya İstintaq Komitəsinin istintaq orqanlarına təhvil verilib.

Cinayət işinin başlanması barədə qərar qəbul edilib.



Şərhlər

Yaz...