Tarix: 29.10.2024 / 10:35
Daha bir azərbaycanlı fəal həbs olundu    - VİDEO

Daha bir azərbaycanlı fəal həbs olundu - VİDEO

Dünən güneyli milli fəal Yusif Kari Ərdəbil şəhərində meyvə satarkən polislər onu saxlayıblar. Sonra onu həbs ediblər.

Diaspora.TV xəbər verir ki, bu barədə Azadİran məlumat yayıb.

Fəal həbs edilərkən etiraz olaraq bu sözləri deyib:

“Gedib oğurluq etməyimi istəyirsiniz? İşləməyimə icazə vermirsiniz, indi də meyvə satmağıma mane olursunuz!”.

Qeyd edək ki, Yusif Karinin həbsi ciddi etirazlara səbəb olub. Bir çoxları bu hərəkəti təhlükəsizlik orqanlarının azadlıq axtarışında olan güneyli fəallara növbəti təzyiqi kimi qiymətləndiriblər.



Şərhlər

Yaz...