Tarix: 19.11.2024 / 12:35
Azərbaycanlı cütlüyə görə    Pezeşkiana müraciət edildi

Azərbaycanlı cütlüyə görə Pezeşkiana müraciət edildi

Yüzlərlə həkim və tibb işçisi İran Prezidenti Məsud Pezeşkiana məktub yazaraq ondan həbsdə olan həkim Həmid Qara Həsənli və həyat yoldaşı Fərzanə Qarahəsənlinin azad edilmələrini istəyiblər.

Diaspora.TV xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məktub müəllifləri azərbayanlı cütlüyə qarşı irəli sürülən ittihamların əsassız olduğunu yazıb, onların barələrində çıxarılan hökmün ədalətsiz olduğunu bildiriblər.

Qeyd edək ki, Fərzanə Qarahəsənli və həyat yoldaşı Həmid Qarahəsənli etiraz aksiyasında iştirak etdiklərinə görə 2022-ci ilin noyabrın 4-də Kərəc şəhərində saxlanılıblar.

Fərzanə Qarahəsənli barəsində 5 il, həyat yoldaşı barəsində isə 15 il müddətində həbs qərarı çıxarılıb.





Şərhlər

Yaz...