Güney Azərbaycanın Zəncan şəhərindən olan boksçu Sina İsmayılzadə həbs edilib.
Diaspora.TV xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.
Bildirilib ki, azərbaycanlı idmançı yenicə həbsdən buraxılan milli fəal və boksçu Kərim İsmayılzadə ilə görüşmək üçün Təbrizə gəlib.
O, geri qayıtdığı zaman təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
Sina İsmayılzadənin həbs səbəbi və harada saxlanılması barədə məlumat verilməsə də, onun Zəncan şəhərinin təhlükəsizlik təcridxanasına aparıldığı ehtimal olunur. /GünazTV