Tarix: 05.11.2024 / 17:40
Azərbaycanlı blogerin bank hesabları    bloklandı

Azərbaycanlı blogerin bank hesabları bloklandı

Rusiya Federal Vergi Xidməti bloger Hüseyn Həsənovun şirkətinin bank hesablarını bloklayıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Shot telegram kanalı məlumat yayıb.

Bildirilib ki, blogerin “Banda Foods” MMC-yə 800 min rubldan borcu var.

“Artplast” ticarət şirkətindən olan keçmiş ortaqların iddiasına görə, məhkəmə “Banda”nın onlara 103 min rubl qaytarmasını tələb edib. Ümumilikdə, Həsənovun şirkəti hazırda 835 min rubl məbləğində 4 icra prosesi ilə üz-üzədir”, - deyə bildirilib.

Qeyd olunur ki, Hüseyn Həsənov "Banda Foods"u 2023-cü ildə açıb. Lakin biznes təxminən üç aya yaxın davam edib. Bundan sonra "Delivery 24" şirkətinin tərəfdaşları Q.Həsənovun borcu olduğunu iddia edərək "Banda Foods"u məhkəməyə verib.



Şərhlər

Yaz...