Tarix: 20.10.2024 / 13:00
Azərbaycanlı bloger Rusiyaya    qayıtdı

Azərbaycanlı bloger Rusiyaya qayıtdı

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov milyonlarla dollar borcunu ödədikdən sonra Moskvaya qayıdıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Həsənov Rusiya vergi xidmətinə olan 300 milyon rubldan çox borcunu tamamilə ödəyib. Hazırda o, mənzilindən və avtomobilindən sərbəst istifadə edə bilir.

“Uzun müddət yox idim. Müəyyən məqamlar olub. Bu səhər Moskvaya uçdum və burada olduğum üçün şadam. İnşallah uzun müddət burada olacam”,- deyə bloger bildirib.

Şərhlər

Yaz...