Tarix: 04.09.2024 / 18:44
Azərbaycanlı bəstəkar Almaniya jurnalının    üz qabığında

Azərbaycanlı bəstəkar Almaniya jurnalının üz qabığında

Almaniyanın məşhur "Reporter lippe" jurnalı soydaşımız Xədicə Zeynalova haqqında yazı dərc edib, onun fotosunu jurnalın üz qabığına yerləşdirilib.

Diaspora.TV Avropa Azərbaycanlılarının sosial media platformasına istinadən xəbər verir ki, jurnalda bəstəkar haqqında belə yazılıb:

"O, adi bir sənətçi deyil, səslər yaradan, musiqi tədqiqatçısı və əsərləri ilə mədəniyyətlər arasında körpülər quran bir vizyonerdir”.

Sumqayıt şəhərindən olan Xədicə Zeynalova Almaniyada 2024-cü ilin ən yaxşı bəstəkarı seçilib, “Artist in Residence” nominasiyasına layiq görülüb.

Soydaşımız “Bridge of Sound” orkestrinin bədii rəhbəri, eyniadlı cəmiyyətin yaradıcısı və sənətşünaslıq üzrə fəlsəfə doktorudur. O, həmçinin Almaniyada “Harmony of sound” adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı və bədii rəhbəridir.

Qeyd edək ki, onun “Diabelli üçün vals” əsəri ötən il (2023) beynəlxalq mükafata layiq görülüb. Bu kompozisiya 53 əsər arasında ən yaxşı əsər seçilmişdi. Məşhur Furore-Verlag alman nəşriyyatı tərəfindən Antologiya kitabına salınan 50 əsərdən biridir.


Şərhlər

Yaz...