Tarix: 11.11.2024 / 20:10

Azərbaycanlı bazar sahibini öldürən azərbaycanlı kimdir?

Azərbaycanlı cinayətkar Araz Dadaşov 2003-cü ilin martında Moskvadakı “Krasnoqvardeyski” bazarının sahibi Hafiz Mahmudov və onun ortağı Mellerin oğurlanması və qətli də daxil olmaqla 15 cinayət epizodunda ittiham olunur.

Diaspora.TV xəbər verir ki, Hafiz Mahmudov və ortağı Meller bağa gedərəkən onların avtomobili yol polisi əməkdaşlarının geyimində olan cinayətkarlar tərəfindən saxlanılıb.

Bazar sahibinin yanında 500 min dollar nağd pul olub. Pulu götürdükdən sonra iş adamları öldürülüb və cəsədləri ayaqlarına ağır yük bağlanaraq gölməçəyə atılıb.

Bu cinayətin törədilməsində iştiraka görə, 2024-cü il iyulun 17-də Moskva vilayətinin Puşkin şəhər məhkəməsi Azərbaycan əsilli Araz Dadaşovu həbs edib və o, günahını boynuna alıb.

Şərhlər

Yaz...