Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov REAL TV-də yayımlanan “Vacib sual” verilişinin qonağı olub.
Diaspora.TV xəbər verir ki, Fuad Muradov xaricdə yaşayan azərbaycanlılar arasında kəşfiyyatın təsiri altına düşənlərlə bağlı sualı da cavablandırıb.
Komitə sədri qeyd edib ki, azərbaycanlı Azərbaycana qarşı işləyirsə, burada milli kimlikdə çox böyük problem var:
"Ümumi sayı götürsək, bu 3-5 nəfər heç bir statistikaya təsir eləmir. Bunun müqabilində minlərlə, on minlərlə Azərbaycan dövlətinə bağlı olanlar, Azərbaycanı dəstəkləyənlər var. Biz vətənpərvərlik, Vətənə bağlılıqla bağlı tədbirlər keçiririk. O insanlara həmişə deyirik ki, gəlin Azərbaycan dövlətinin, xalqının yanında olun, xəyanətkarlıq etməyin. Qarabağ müharibəsindən sonra bir çox insanlar oldu ki, həqiqəti başa düşdülər, bu gün də Azərbaycan xalqının yanındadırlar. Xəyanətkar, satqın insanın milliyyəti yoxdur, onu özü üçün peşə kimi götürüb...”