Noyabrın 2-də Moskvada Azərbaycan mafiyasının nümayəndələri arasında növbəti kriminal qarşıdurma baş verib.
Diaspora.TV xəbər verir ki, qanuni oğru Ülfət Tağıyevin (Rufo Gəncinski) tapşırığı ilə onun ən yaxın silahdaşları - Maqomed, Fuad Sumqayıtski, Saxır İmişlinski və Nəbi adlı şəxs Moskva vilayətinin Reutovo şəhərində yerləşən “Mendel” kafesində Arif Babayev döyülüblər.
Fotodan da göründüyü kimi, onun vəziyyətinin son dərəcə ağır olduğu bildirilir.
Mənbənin sözlərinə görə, Arif Babayev “avtoritet” Sabir (Sirota) Rufonu söyüb gülən zaman onun yanında olduğu üçün döyülüb.
Arifi döyəndə ondan tələb ediblər ki, “qanuni oğru” Rufonun əzəli düşməni Namiq Səlifovu aşağılasın.