Tarix: 10.09.2024 / 12:16
Azərbaycanlı attaşe Türkiyə mediasının    gündəmində

Azərbaycanlı attaşe Türkiyə mediasının gündəmində

Prezident Rəcəb Tayyib Ərdoğanın qatıldığı mərasimdə bir əsgərin salam vermədiyi iddiası qısa zamanda ölkə mediasının gündəmini zəbt edib.

Diaspora.TV türk mediasına istinadən xəbər verir ki, Türkiyə prezidentinin iştirak etdiyi tədbirdə çəkilən foto yeni müzakirələrə səbəb olub.

Türkiyə Silahlı Qüvvələrinin bütün şəxsi heyəti Prezident Ərdoğanı salamlasa da, tək dayanmış bir zabitin əsgəri salam vermədiyi müxtəlif fərziyələrə səbəb olub.

Cümhuriyyətin Rabitə İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bu barədə açıqlama yayıb. Mərkəz bildirib ki, "Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətindən olan hərbçinin Prezident Rəcəb Tayyib Ərdoğana salam vermədiyi” iddiası doğru deyil.

Şəkildəki hərbi qulluqçu mərasimə qonaq qismində dəvət olunmuş Azərbaycan Quru Qoşunlarının mənsubu olan hərbi attaşedir.

Şərhlər

Yaz...