Tarix: 07.08.2024 / 10:34
Nyu-Yorkda yaşayan azərbaycanlı aparıcı şəhərdən çıxa bilmir  - FOTO

Nyu-Yorkda yaşayan azərbaycanlı aparıcı şəhərdən çıxa bilmir - FOTO

Bir neçə gün əvvəl Bakıya tətilə gəlib daha sonra yenidən ABŞ-yə qayıdan ATV-nin keçmiş teleaparıcısı Günel Hümbətovanın başına iş gəlib.

Diaspora.TV olay.az-a istinadən xəbər verir ki, Günel qızı Jozefina ilə birgə yaşadığı Nyu-York tərk edə bilmədiyi haqda sosial şəbəkə hesabında məlumat yayıb.

Hümbətovanın sözlərinə görə, buna səbəb getmək istədiyi cənub-şərqi Amerikada hazırda höküm sürən pis hava şəhəraitidir:

“Nyu-York bizi hələ ki, buraxmaq istəmir... 2 dəfə uçuşumuz təxirə düşüb. Buna səbəb cənub-şərqi Amerikada baş verən ştormdur. Nə baş verirsə, bu xeyirliyədir. Mən buna inanıram. Daha bir neçə gün doğma Nyu-Yorkda”.





Şərhlər

Yaz...