Tarix: 10.10.2024 / 00:18
Azərbaycanlı aparıcı Amerikadakı həyatı ilə bağlı   paylaşım edib

Azərbaycanlı aparıcı Amerikadakı həyatı ilə bağlı paylaşım edib

Aparıcı Hüsniyə Məhərrəmova Amerikadakı həyatı ilə bağlı paylaşım edib.

Diaspora.TV xəbər verir ki, bu barədə Avropa Azərbaycanlılarının sosial media platforması məlumat yayıb.

Aparıcı 6 aydır ABŞ-ya köçdüyünü bildirərək xoşbəxt olduğunu vurğulayıb:

"Düz 6 aydır Amerikadayam. Bu 6 ayda elə bir gün olmadı ki, mən burada olduğuma görə şükür etməyim. Hər gün, hər saat, hər saniyə... Bunun səbəbləri çoxdur. Amma ən əsas səbəb - insanlardı. Qarşıma çıxan əjdaha adamlardı. Onların sayəsində bir gün olsun belə özümü uzaqda, tək, çətinlikdə hiss etmədim. Nə yaxşı ki, varsınız! Nə yaxşı ki, Amerikadayam!”.

Şərhlər

Yaz...