Ərak şəhərindən olan azərbaycanlı alpinist 60 yaşlı Məhəmməd Həsən Səfəri İranın Əlbürz dağında itkin düşüb.
Diaspora.TV xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
Bildirilib ki, azərbaycanlı alpinist sentyabrın 18-də Əlbürzün zirvəsi Dəmavəndə yola düşüb, onu zirvəyə qalxan vaxt iki başqa alpinist görüb.
O, zirvədən qayıdan zaman hava buludlu olub, buna görə də, Səfərinin yolu itirdiyi ehtimal olunur",- deyə məlumatda bildirilib.
Səfərinin ailəsi Qızıl Aypara Cəmiyyəti və başqa əlaqədar dövlət qurumlarının axtarış əməliyyatlarının kifayət qədər intensiv aparılmadığına görə, dağçılara müraciət edib və onlardan azərbaycanlı alpinistin tapılması üçün səfərbər olmalarını xahiş ediblər./GünazTV