Əslən Azərbaycandan olan Mədinə Bayramova sərbəst güləş üzrə Almaniya Çempionu olub.
Diaspora.TV xəbər verir ki, bu barədə Avropada yaşayan azərbaycanlılar sosial media platforması məlumat yayıb.
Qeyd edək ki, Mədinə Bayramova güləş ustası Eldar Bayramın qızıdır. 10 ilə yaxındır Almaniyada yaşayan Bayramova bir sıra beynəlxalq yarışların mükafatçısıdır.