Diaspora.TV-də yayımlanan “Müzakirə vaxtı”nın növbəti buraxılışında Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin artıq başa çatan Bakı Forumu və tədbirin perspektivdə ölkəmiz üçün verəcəyi faydalar ətrafında müzakirələr aparılıb.
Diaspora.TV-nin rəhbəri Niyaz Niftiyevin qonaqları Böyük Britaniyanın Kembric Universitetinin Tədqiqatlar İnstitutunda laboratoriya müdiri Qərib Mürşüdov və Xaricdə təhsil məsələləri üzrə ekspert Elvin Məmmədov olub.
Qonaqlarımız xaricdə yaşayan alimlərimizin Bakı formundan gözləntilər və gənclərin xaricdə təhsil məsələləri ilə bağlı fikirlərini bölüşüblər.