Tanınmış azərbaycanlı siyasi alim Nərgiz Hacıyeva Miçiqan Universitetinin Gender və Qadın Araşdırmaları Tədqiqat İnstitutunun (IRWG) rəsmi tədqiqatçısı seçilib.
Diaspora.TV xəbər verir ki, bu barədə Avropa Azərbaycanlılarının sosial media platforması məlumat yayıb.
Nərgiz Hacıyeva, bu mötəbər vəzifəyə təyin olunan ilk azərbaycanlı siyasi alimdir.
Nərgiz Hacıyeva Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən dəstəklənən gənc alimlərdən biridir. O, bu uğuru elm və tədqiqat sahəsində qadınların rolunu daha da gücləndirmək və beynəlxalq platformada Azərbaycanın intellektual potensialını nümayiş etdirmək üçün böyük bir fürsət kimi qiymətləndirir.