Tarix: 06.12.2024 / 14:00
Azərbaycanlı aktyor Qırğızıstanda    “qatil” oldu

Azərbaycanlı aktyor Qırğızıstanda “qatil” oldu

Azərbaycanlı aktyor və kaskadyor Sain Fərhad Fərmanlının Qırğızıstanda rol aldığı “Sürücü” bədii filminin premyerası olub.

Diaspora TV-nin məlumatına görə, aktyor Sputnik Azərbaycan-a açıqlamasında bütün çəkiliş qrupu peşəkarlardan ibarət olduğundan Qırğızıstandan olan həmkarları ilə işləməkdən böyük həzz aldığını bildirib.

O, filmdə qatil obrazını canlandırıb. Aktyor filmin təkcə Qırğızıstanda deyil, xaricdə də uğur qazanacağına inanır.

Qeyd edək ki, soydaşımız bir sıra Hollivud və digər xarici filmlərdə rol alıb.



Şərhlər

Yaz...