Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə maraqlı açıqlama verib.
Diaspora.TV xəbər verir ki, N.Cavadzadə ötən gün Beykozda görüntülənib.
Aktrisa bildirib ki, gündəlik həyatda evdən çıxarkən çox tez hazırlaşıb çıxır:
“Bu mövzuda səbrim yoxdur, 10 dəqiqəyə hazırlaşıram. Ona görə də ömrüm kişiləri gözləməklə keçir. Kişilər daha gec hazırlaşırlar. Həyatda ən tez hazırlaşan insan mən ola bilərəm”.
Xatırladaq ki, gözəlliyi ilə illərə meydan oxuyan Nəsrin Cavadzadə ötən gün ad gününü qeyd edib.