Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə şəxsi həyatı ilə gündəmə gəlib.
Diaspora.TV xəbər verir ki, o həyatında sevgili kimi "mükəmməl bəy" axtarır.
Nəsrin mətbuatda yanındakı adamların onun sevgilisi kimi qələmə verilməsindən narahat olduğunu deyib:
"Onların hamısı mənim dostumdur. Eşq həyatımda "mükəmməl bəy" axtarıram. Yanımda görülən saç ustam belə sevgilim kimi təqdim edilir. Onlar məndən yaşca kiçik uşaqlardır. Olarsa, söz deyərəm"./BAKU.WS