Rusiya Daxili İşlər Nazirliyinin Kazan vilayəti üzrə idarəsinin əməkdaşları sənədlərin yoxlanılması zamanı iki Azərbaycan Respublikası vətəndaşını - qadın və onun oğlunu saxlayıblar.
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məhkəmədə məlum olub ki, azərbaycanlıların yaşayış, etibarlı patent və ya iş icazəsi yoxdur. Hər iki təqsirləndirilən şəxs cərimələnib. Məhkəmə həmçinin ailənin - qadının, oğlunun və azyaşlı qızının Rusiya Federasiyasından inzibati qaydada çıxarılmasına qərar verib.