Tarix: 04 Sentyabr 2024 15:04 | Baxış sayı: 165
 Azərbaycanlı ABŞ Açıq Cüdo Çempionatının    qalibi olub

Azərbaycanlı ABŞ Açıq Cüdo Çempionatının qalibi olub

ABŞ-nin Florida ştatının Fort Loderdeyl şəhərində keçirilən 2024 ABŞ Açıq Cüdo Çempionatında həmyerlimiz 1-ci yeri tutub.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, Kanadada yaşayan soydaşımız Vəsfi Əliyev “veteran” dərəcəsi üzrə 100 kq-dan yuxarı çəkili cüdoçular arasında ippon fəndindən istifadə edərək rəqiblərinə qalib gəlib.

O, həmçinin çempionat çərçivəsində 70 kq çəki dərəcəsində U18 yaş qrupunda çıxış edən qızı Emiliya Əliyevanın məşqçisi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Vəsfi Əliyev cari ilin 23-26 may tarixində Monreal şəhərində baş tutan Kanada Milli Çempionatının da qalibi olub.



Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır