Tarix: 24.05.2024 / 18:15
Azərbaycanlı 10 yaşlı uşağı ayağından güllələyib -  Xantı-Mansiyskdə

Azərbaycanlı 10 yaşlı uşağı ayağından güllələyib - Xantı-Mansiyskdə

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində Azərbaycan vətəndaşı, 16 yaşlı miqrant yeniyetmə 10 yaşlı uşağı ayağından güllələyib.

Hadisə Pıt-Yax şəhərində baş verib.

Qəflətən bir qrup yeniyetmənin biri tapançaya bənzəyən əşyanı çıxararaq velosiped sürənlərdən altı yaşlı uşağa tərəf tutub. Sonra isə digər oğlana atəş açıb, zərərçəkən isə onu bu davranışına görə danlayıb. Güllə onun bud nahiyəsinə dəyib.

Hüquq-mühafizə orqanlarının nümayəndələri 16 yaşlı Azərbaycan vətəndaşını saxlayıb və ondan pnevmatik tapança götürüblər. Məlum olub ki, o, silahı azyaşlı dostundan alıb.

Yeniyetməyə qarşı “Xuliqanlıq” (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi) maddəsi ilə cinayət işi başlanıb. O, həbs edilib.

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiya Federasiyasının Yuqra üzrə İstintaq Komitəsinin rəhbəri Mixail Mokşinə istintaqın gedişi və müəyyən edilmiş hallar barədə hesabat təqdim etməyi tapşırıb./Lent.az

Şərhlər

Yaz...