Birinci Kanal "Məhz eyni" şousunun 6-cı mövsümünü yayımlamağa davam edir.
Diaspora.TV xəbər verir ki, Moskva-Bakı müxbiri proqram iştirakçılarından biri - müğənni, “Ulduz fabriki”nin 4-cü mövsümünün finalçısı Yuri Titovla söhbət edib.
- Bir neçə dəfə Azərbaycanda olmusunuz. Ölkəyə səfərlərinizdən ən çox nəyi xatırlayırsınız?
- Əvvəllər uzun müddət Azərbaycanda olmuşam. Bu ölkənin nə qədər inanılmaz gözəlliyi olduğunu hələ də xatırlayıram. Ümid edirəm ki, tezliklə yenidən ora gedəcəyəm və daha çox təəssüratlarım olacaq. Ona görə də sevimli Bakımdan dəvət gözləyirəm. Orda konsert vermək istəyərdim. Mən istirahət və işi birləşdirməyi xoşlayıram. Mənim Azərbaycanla ortaq dəyərlərim çoxdur. Bu, təbii ki, Emin Ağalarov və digər dostlardır.