Azərbaycanın Ukraynaya humanitar yardımı çərçivəsində İrpin şəhərində yerləşən poliklinikanın təmiri üçün 1,5 milyon dollar vəsait ayrılıb.
Diaspora.TV-nin Ukrayna bürosu xəbər verir ki, təmir-bərpa işlərinin ilkin mərhələsi başa çatıb.
Qeyd edək ki, genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi dövründə Azərbaycan Ukraynaya 70 milyon dollar məbləğində humanitar yardım edib.