Tarix: 10.05.2024 / 11:20
 Azərbaycanın Vyetnam və Laosdan olan  dostları Bakıda

Azərbaycanın Vyetnam və Laosdan olan dostları Bakıda

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizdə səfərdə olan Vyetnam-Azərbaycan və Laos-Azərbaycan Dostluq assosiasiyalarının üzvləri ilə görüşüb.

Diaspora.TV komitənin saytına istinadən xəbər verir ki, sədr Ermənistanın Azərbaycana təcavüzünün torpaqlarımızın 20 faizinin işğal olunması və 1 milyon insanın yurd-yuvasından didərgin düşməsi ilə nəticələndiyini, 30 illik işğala 44 gün ərzində son qoyulduğunu bildirib. Vətən müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlıların birlik və həmrəyliyindən söz açıb. Qeyd edib ki, qonaqların təmsil etdiyi ölkələrdə azərbaycanlıların sayı çox azdır, bu səbəbdən vaxtilə Azərbaycanda təhsil almış Vyetnam və Laos vətəndaşlarının Azərbaycanla Dostluq Assosiasiyası yaratması çox təqdirəlayiq haldır, bu qurumlar öz ölkələrində Azərbaycan adına diaspor fəaliyyəti ilə məşğul ola bilərlər.

Qonaqlar 40 ildən sonra vaxtilə təhsil aldıqları Azərbaycanda yenidən olmaqdan qürur duyduqlarını bildiriblər. Qeyd ediblər ki, Azərbaycanı özlərinə ikinci Vətən hesab edirlər. Onlar Şuşaya səfər etdiklərini və burada aparılan bərpa-yenidənqurma işlərinin sürətinə heyran qaldıqlarını vurğulayıblar.



Şərhlər

Yaz...