“Dünya səviyyəsində Azərbaycan diasporunun işini qənaətbəxş hesab etmək olar”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Fərid Mustafayev deyib.
F.Mustafayevin sözlərinə görə, diasporlarımızın gördüyü işlər sayəsində, həyata keçirilən tədbirlər planında inkişaf müşahidə etmək mümkündür:
“Lakin Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə təbliğ etmək üçün onların qarşısına həm də tədbirlərin keçirilməsi, qəzet, tv, sosial media və digər resurs vasitələri ilə çıxmaq lazımdır. Azərbaycan gücləndikcə və daha da inkişaf etdikcə diaspor fəaliyyətimizi lobbiçiliklə möhkəmləndirməliyik. Soydaşlarımızın yaşadığı ölkələrdə daim onlara dəstək vermək və onları da birbaşa bu işlərin bir parçası etmək vacibdir".
F.Mustafayev qeyd edib ki, 44 günlük və antiterror əməliyyatlarından sonra suveren Azərbaycan ərazilərinin tam işğaldan azad etməsi ilə daha da aqresiv olan Ermənistanla yanaşı bizi istəməyən bir çox qüvvələrin toponimlərimizin mənimsənilməsində düşmənlərimizə dəstək olmaları müşahidə edilir:
“Hesab edirəm ki, toponimlərimizi, milli yeməklərimizi, musiqimizi və ən əsası da Ana Vətənin uğurlarını hər bir azərbaycanlı yaşadığı ölkədə işıqlandırmalı və daim nəzarətdə saxlamalıdır".
Xəyalə Zöhrab
Diaspora.TV