Tarix: 30.08.2024 / 09:55
 Azərbaycanın seçki təcrübəsi zəngindir   -  Ramil Əliyev

Azərbaycanın seçki təcrübəsi zəngindir - Ramil Əliyev

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, azad olunmuş ərazilərdə səsvermə prosesinin keçirilməsi qürurvericidir. Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə səsvermə prosesi ilk dəfə azad olunmuş ərazilərdə təşkil ediləcək. Bu seçkilərdə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunduğunu növbəti dəfə bütün dünyaya nümayiş etdirəcəyik”.

Diaspora.TV xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatoru Ramil Əliyev deyib.

Diaspor fəalı parlament seçkilərinin azad və ədalətli keçiriləcəyini əminliyini ifadə edib:

“Norveçdə bələdiyyənin komitə üzvü seçilmiş ilk azərbaycanlı kimi deyə bilərəm ki, Azərbaycanın seçki təcrübəsi zəngindir. Ərazi bütövlüyü və suverenliyinin tam bərpa etmiş Azərbaycanda seçkilərin demokratik və ədalətli keçiriləcəyini düşünürəm”.

Şərhlər

Yaz...