“Bu il kəlağayımızın UNESCO tərəfindən qəbul olunmasının 10 illik yubileyi keçirilir”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Çinar” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin həmtəsisçisi və sədr müavini, Dünya Azərbaycanlı Qadınları İctimai Birliyinin sədr müavini Ülviyyə Abbasova deyib.
Onun sözlərinə görə, Azərbaycanın kələğayısı ilə bağlı müxtəlif regionlarda konsert proqramları, tədbirlər təşkil olunur:
“Bizim təşkilatımız - Dünya Azərbaycan Qadınları İctimai Birliyi də bu münasibətlə müsabiqə təşkil etdi. Müsabiqədə iştirak edənlər dünya ölkələrində yaşayan soydaşlarımız, həm də xarici ölkə vətəndaşlarıdır. Bu yay müsabiqəni yekunlaşdırdıq. Müsabiqə ilə bağlı iştirakçıları Bakıda təltif etdik. İndi də regionlarda tədbirlər keçiririk. Bu ay Sankt-Peterburqda tədbir keçirildi. Bu tədbirdə də kələğayılardan danışdıq və iştirakçıları mükafatlandırdıq”, - deyə Ü.Abbasova qeyd edib.
Xəyalə Zöhrab
Diaspora.TV