Tarix: 10.09.2024 / 18:23
Azərbaycanın elmi cəmiyyətinin daha da inkişafı üçün durmadan çalışmalıyıq    – Azərbaycanlı alim

Azərbaycanın elmi cəmiyyətinin daha da inkişafı üçün durmadan çalışmalıyıq – Azərbaycanlı alim

Bu gün biz bir daha dövlətimizin, dövlətçiliyimizin sarsılmazlığının şahidi olduq. Azərbaycan hökuməti öz alimlərinə dəyər verib onları bir çətir altında toplayıb. Bu, qürurvericidir. Bizim üçün, qürbətdə yaşayan həmvətənlər üçün bu, əvəzolunmaz nemətdir.

Diaspora.TV xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçısı, tibb elmləri doktoru, Səudiyyə Ərəbistanında yaşayan azərbaycanlı ixtiraçı alim Azər Abdullayev bildirib.

Ana dilinə qoyulan hörmətdən bəhs edən alim bunun çox ülvi hisslər, Vətənə məhəbbətin nümunəsi olduğunu bildirib:

"Burada olarkən məni ən çox sevindirən uzun illər xaricdə yaşamış alimlərimizin öz dillərini unutmaması oldu. Bu, çox gözəl xüsusiyyətdir. Belə bir xüsusiyyətin millətimə məxsus olması məni sevindirir”.

Azərbaycan dövlətinin üzərinə düşən vəzifəni həyata keçirdiyini diqqətə çatdıran alim əlavə edib:

“İndi isə iş bizimdir. Biz də öz növbəmizdə üzərimizə düşən vəzifələri yerinə yetirməli, Azərbaycanın elmi cəmiyyətinin daha da inkişafı üçün durmadan çalışmalıyıq”.

Qeyd edək ki, sentyabrın 9-dan başlanan Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.


Şərhlər

Yaz...