Tarix: 16.06.2024 / 18:51
Azərbaycanın Dostları Təşkilatı Anqolada  sərgiyə dəstək verdi

Azərbaycanın Dostları Təşkilatı Anqolada sərgiyə dəstək verdi

İyunun 15-də “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” COP 29 - Bakı və Afrikalı Uşaq Günü çərçivəsində Anqolada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının dəstəyi və Camunga Orkestri Mərkəzinin birgə təşkilatçılığı ilə məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib.

Bu barədə məlumatı Diaspora.TV-yə Azərbaycanın Dostları Təşkilatının rəhbəri Billurə Bayramova Bernard verib

O, bildirib ki, sərgi Anqolanın Luanda şəhərindəki Camunga mərkəzində açıq havada keçirilib.

Billurə Bayramova Bernard qeyd edib ki, belə tədbirlərin keçirilməsi çox vacibdir. O, əlavə edib ki, mərkəz valideynlərini itirmiş, aztəminatlı və qüsurlu uşaqların evidir:

"Həmin uşaqlarla işləməkdə məqsəd onlara yeni dünyaya bir pəncərə açmaqdır".

Billurə Bernard sözlərinə görə, yerli mərkəzlər iş birliyi ölkələr arasındakı mədəni, iqtisadi, elmi körpülərin qurulmasına şərait yaradır:

"Mərkəzlərdə təhsil alan gənclər müxtəlif ölkələr haqqında məlumatları, dili, mədəniyyəti, tarixi haqqında da öyrənirlər".

Çıxış edən iştirakçılar sərginin əhəmiyyətindən danışıb, ekoloji mühitin yaxşılaşdırılması və bununla bağlı müvafiq tədbirlərin görülməsinin bütün ölkələr üçün prioritet vəzifə olduğunu bildiriblər:

"Belə sərgilərin keçirilməsində məqsəd insanları, xüsusilə gəncləri ekoloji proseslərdə fəal iştiraka sövq etmək, bu sahədə maarifləndirmə yollarını təbliğ etmək və genişləndirməkdir".

Sərgidən sonra iştirakçılar Luandada yeni açılmış Elm Muzeyini də ziyarət ediblər.


Şərhlər

Yaz...