Tarix: 31.08.2024 / 11:27
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs     Türkiyədə saxlanıldı

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanıldı

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 25 nəfərin, o cümlədən Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsin saxlanıldığını açıqlayıb.

Diaspora.TV xəbər verir ki, bu barədə o, "X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"8 vilayətdə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində İnterpol xətti ilə 18 ölkə tərəfindən dərhal həbs tələbi ilə axtarışa verilən 25 şübhəli saxlanılıb”, - deyə Ə.Yerlikaya bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxslər mütəşəkkil cinayətkar qrupların fəaliyyətində iştirakda, müxtəlif cinayətlər törətməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində, insan alverində, dələduzluqda, çirkli pulların yuyulmasında, qanunsuz miqrasiyada iştirakda şübhəli bilinirlər.

Saxlanılan şəxslərin Azərbaycan, Almaniya, Avstraliya, Mərakeş, Niderland, İraq, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası, Monqolustan, Moldova, Özbəkistan, Rusiya, Suriya, Türkmənistan və İordaniyada axtarışda olduqları da vurğulanıb.




Şərhlər

Yaz...