Tarix: 26.07.2024 / 11:13
Azərbaycanın axtarışa verdiyi terrorçu  Moskvada həbs edildi

Azərbaycanın axtarışa verdiyi terrorçu Moskvada həbs edildi

Azərbaycanın axtarışa verdiyi terrorçu Moskvada təsadüfən yaxalanıb.

Diaspora.TV Rusiya mediasına istinadən xəbər verir ki, paytaxt polisi cinayətkarı sənədlərini yoxlayarkən yaxalayıb.

Həmin şəxs Miçurinski prospektində polis əməkdaşları tərəfindən saxlanılıb. Təhlükəsizlik qüvvələri sənədləri yoxlayıb və İnterpol tərəfindən axtarışda olan Əl-Qaidə yaraqlısını müəyyən edib.

Ölkənin təhlükəsizlik qüvvələri “Əl-Qaidə”nin qollarından birinə üzv olan 37 yaşlı Azərbaycan vətəndaşını axtarırmış. Həmin şəxs 2013-cü ildə Bakıdan Suriyaya gedib, orada qadağan olunmuş təşkilatın yerli qolu olan “Cəbhət ən-Nusra”ya qoşulub.

2019-cu ildə Bakı məhkəməsi həmin şəxsin həbsi barədə qərar çıxarıb. Amma o, Qazaxıstan vasitəsilə Rusiyaya qaça bilib.

Azərbaycanda o, silahlı qrup yaratmaqda və cinayətkar birlik təşkil etməkdə ittiham olunub.

Qeyd edək ki, cinayətkarın axtarışı İnterpol xətti ilə aparılıb.



Şərhlər

Yaz...