Tarix: 07.09.2024 / 14:50
Azərbaycanın axtardığı şəxs Antalyada    yaxalandı

Azərbaycanın axtardığı şəxs Antalyada yaxalandı

Antalyada Azərbaycan ədliyyə orqanları tərəfindən ölkəyə ekstradisiya olunmaq üçün həbs qərarı çıxarılan və həmçinin qırmızı vərəqə ilə axtarışda olan əcnəbi vətəndaş İnterpolun keçirdiyi əməliyyatla yaxalanıb.

Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, “Cinayət Təşkilatına üzv olmaq və saxtakarlıq” maddəsi ilə təqsirləndirilən E.H qaldığı evdə həbs olunub.

Türkiyə polisinin Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Şöbəsi tərəfindən keçirilən əməliyyatına Xüsusi Hərəkat Polis qrupları da dəstək verib.

Şərhlər

Yaz...