“2017- ci ildən Dubayda yaşayıram, əsas məqsədim burda “Baku Cafe Restoranı”nı açmaq olub”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Dubayda yaşayan soydaşımız “RASA Solution” Konsaltinq Şirkətinin baş icraçı direktoru Musa Sadıxov deyib.
"İkinci Qarabağ savaşı zamanı “Dubai Municipalities” jurnalında “Qarabağ Azərbaycandır!” yazısını yerləşdirmişəm. Bundan başqa, Azərbaycanın xüsusi günləri ilə bağlı bir sıra tədbirlər həyata keçirmişik. Tədbirlərimiz Azərbaycan KİV-lərində də işıqlandırılıb”, - deyə müsahibimiz bildirib.
M.Sadıxov əlavə edib ki, “City Walk”da 3 dəfə konsert təşkil ediblər:
“Birinci konsertimiz “Baku Cafe Restoranı”nın açılışı zamanı olub. Həmin konsertdə “Rast qrupu” iştirak edirdi. İkinci konsertimiz Novruz bayramı ilə bağlı olub, tədbirə Xalq artisti Tünzalə Ağayeva iştirak edirdi. Sonuncu - üçüncü konsertimiz isə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı olub. Həmin konsertdə Xalq artisti Röya Ayxan iştirak edib”.
Musa Sadıxov bildirib ki, Azərbaycanın təbliği istiqamətində mədəni tədbirləri bundan sonra da davam etdirəcəklər.
Həsən Hüseynov
Diaspora.TV